Suriya rejimi və daxili müharibədə eyni cəbhədə yer alan Rusiya əməkdaşlıqlarını artırır. Rusiya lideri Vladimir Putindən sonra baş nazirin müavini Dimitri Roqozin Suriyadakı Himeymim hərbi bazasına gedib.
Roqozin səfər çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə də görüşüb. Əsəd görüşdə, ABŞ-ın İŞİD-ə qarşı dəstəklədiyi PKK-nın Suriya qanadı PYD-ni "vətən xainləri" adlandırıb.
Suriya prezidenti, Birləşmiş Millətlər Təşkilatının ölkənin bütövlüyünü dəstəkləyəcəyi halda Suriyada keçiriləcək seçkilərdə rol oynaya biləcəyini söyləyib.
Roqozin isə Əsədlə görüşən sonra bildirib ki, Suriyanın enerji sektorunun yenidən qurulmasını yalnız Rusiya öz üzərinə götürə bilər. O, Moskva və Dəməşqin Suriyada fosfat yataqlarının işlənməsi üçün birgə şirkət quracaqlarını da bildirib.