Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyad şəhərində partlayış səsi eşidilib. Baki-xeber.com xəbər verir ki, Yəməndən atılan “Volcano 2-H” adlı ballistik raketin əsas hədəfi El Yamamah sarayı olub.
İran dəstəkli husi üsyançılar raketin Səudiyyə liderlərinin sarayda toplantı keçirdiyi vaxt atıldığını bəyan edib. Həmin vaxt Səudiyyə kralı Salman rəsmi qəbul keçirirmiş. Ancaq Səudiyyə koalisiyası raketin havada zərərsizləşdirildiyini bəyan edib. Raket Səudiyyə Ərəbistanına məxsus hava hücumundan müdafiə sistemi tərəfindən havada zərərsizləşdirilib. Bu zaman güclü partlayış səsi eşidilib və göy üzünə duman yayılıb. Raket hücumunun ardından Səudiyyə koalisiyası Sananın cənubundadakı husi mövqelərini bombalayıb.
Səudiyyə Ərəbistanın saraylarını, hərbi və neft obyektlərini vura biləcəklərini iddia edən husilər, Riyada qarşı müharibədə yeni mərhələyə keçdiklərini bildiriblər.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən koalisiyası isə bəyanat yayaraq, husilərin humanitar yardım yollarınıdan istifadə edərək, İran istehsallı raketlər əldə etdiklərini iddia edib. Koalisiya İran raketlərinin regional və beynəlxalq təhlükəsizliyə böyük təhlükə yaratdığını bəyan edib.