ABŞ-ın bu günlərdə açıqlanan beynəlxalq strateji təhlükəsizlik konsepsiyasında Rusiya və Çin “ABŞ dəyərlərinə meydan oxuyan rəqib”olaraq göstərilib.
Baki-xeber.com-un xəbərinə görə, 55 səhifəlik sənədin açıqlanmasının ardından prezident Donald Tramp sözügedən bəndi dəyərləndirərək deyib ki, bu ölkələr ABŞ-ın təhlükəsizliyinə və inkişafına əngəl törədir və bunu hərbi güclərini artırmaq, bilik və məlumatları idarə etmək, xalqlarını təzyiq altında saxlamaq və onlar üzərində təsirlərini artırmaqla edirlər.
Olaya Kremlin münasibəti isə özünü çox gözlətməyib. Belə ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyilənlərə “bunları qəbul etmirik” sözlərilə təpki verib.