Türkiyə beynəlxalq hüquq müstəvisində Qüdslə bağlı daha bir təsirli addım atmağa hazırlaşır.
Islam Əməkdaşlıq Təşkilatı İstanbul Zirvəsinin Yekun aktında "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edilərək, dərhal məsuliyyətlərini boynuna götürməsi, Qüds-ü Şərif şəhərinin qanuni statusunu təsdiq etməsi, Fələstin Dövləti torpaqlarındakı İsrail işğalına son verməsi, Fələstin xalqının beynəlxalq qorunma altına alınmasını təmin etməsi, Fələstin savaşı ilə bağlı aldığı bütün qərarları tətbiqi və bu qərarlara uyğunluq tələb olunur. BMT Təhlükəsizlik Şurasının hərəkətə keçə bilməməsi halında IƏT üzvü ölkələrin bu məsələni BMT Baş Məclisinin 377 A saylı “Barış üçün Birləşmə qərarı” çərçivəsində BMT-nin Baş Assambleyasına daşımağa hazır olduğu təsdiq edilir.
Hazırda Türkiyə 377 qərarına görə BMT-nin Baş Assambleyasına getməyə hazırlaşır. Təhlükəsizlik Şurasında veto edilən Qüds layihəsinə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 377 saylı qərarı üzrə Ümumi Toplantıda səs veriləcək.
Baki-xeber.com