Türkiyənin liderliyində Misirin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMGK) gündəminə gətirdiyi Qüds layihəsinə, gözlənildiyi kimi, ABŞ tərəfi veto qoyub.
Baki-xeber.com-un xəbərinə görə, BMT-nin nəzdində Qüds layihəsi üzrə səsvermə keçirilib. Lakin Türkiyənin liderliyilə hazırlanaraq BMGK üzvü Misir tərəfindən gündəmə gətirilən, şuranın ümumi 15 üzvündən 14-nün lehinə səs verdiyi Qüds layihəsi, gözlənildiyi kimi, ABŞ tərəfindən veto edilib. Buna səbəb kimi isə qanun layihəsinin tələblərinin Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına zidd olması göstərilib.
Qeyd edək ki, daha öncə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley qanunu veto edəcəklərini açıqlamışdı. ABŞ-ın vetosuna şuranın qalan üzvləri - İngiltərə, Fransa, Çin, Rusiya, Uruqvay, Boliviya, Efiopiya, İtaliya, Yaponiya, Qazaxıstan, Senegal, İsveç və Ukrayna isə qarşı çıxaraq Misirin layihəsinin lehinə səs verib.