Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.
Trend-in məlumatına görə o, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.
M.Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".
Onun sözlərinə görə, bu cinayət işinin səbəbi "onun Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu" üzə çıxarmaqdır.
Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəldə də, prokurorun yanına keçmədən dəhlizdə jurnalistlərlə görüşərək, binanı tərk edib. Bu səbəbdən onun yenidən dindirilməyə çağırılacağı qeyd olunub.
M.Saakaşvili jurnalistlərə bildirib ki, yalnız Təhlükəsizlik xidmətinə müsahibə verəcək".