Fransanın “Milli cəbhə” partiyasının lideri Mari Le Pen şənbə günü Praqada keçirilən antimiqrant konfransında çıxışında Avropa İttifaqının “artıq nəfəsini itirdiyini” bildirib və deyib ki, qurumu daxildən parçalamağın vaxtı çatıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, konfransda, Le Pendən əlavə, Hollandiyanın “Azadlıq Partiyası”nın lideri Gert Vilders, İtaliyanın “Şimal Liqası”ndan deputat Lorensio Fontana, Avstriyanın “Azadlıq Partiyası”nın nümayəndəsi Georq Meyer, həmçinin polşa, Belçika, Böyük Britaniya və Almaniyanın sağçı partiyalarını Avroparlamentdə təmsil edən “Millətlərin və azadlıqların Avropası” fraksiyasının nümayəndələri iştirak edib.
Le Pen daha sonra çıxışında Avroittifaqı “fəlakət institutu” adlandıraraq deyib ki, Avropa kontingenti bu institutla özünün məhvinə yaxınlaşır. Görüşdən sonrakı mətbuat konfransında isə o deyib ki, Avropa xalqları Aİ-dən təcili xilas olmalıdır.