Qüdsdəki tarixi hadisələr yaşandığı bir vaxtda, bu dəfə fələstinli məşhur milyarder Sabih əl Masrinin Səudiyyə Ərəbistanında həbs edilməsilə bağlı xəbərlər yayılıb. Baki-xeber.com vəbər verir ki, Fələstin əsilli, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşlığı olan Sabih əl Masri, iş üçün getdiyi Riyadda həbs edilib.
Masri həm də İordaniya mərkəzli Ərəb Bankının rəhbəridir. Yaxınları İordaniya Kralı Abdullahla yaxın əlaqələri olan Masriyə Riyada getməməklə bağlı əvvəlcədən xəbərdar edib. Lakin o, vəliəhd şahzadənin Səudiyyə Ərəbistanında şahzadə və nazirlər də daxil olmaqla yüzlərlə insanın həbs edilməsinə səbəb olan korrupsiya əməliyyatlarından sonra bu ölkəyə ilk səfərində saxlanıb.
Burada diqqət çəkən məqam isə, Fələstin dövlətinin əsas maliyyə mənbələrindən biri olduğu deyilən Ərəb Bankının rəhbərinin İslam Əməkdaşlıq Təşkilatının İstanbulda Qüds sammitindən sonra həbs edilməsidir. Bundan əvvəl bildirilirdi ki, Səudiyyə şahzadəsi İordaniya kralı Abdullahı Riyada çağıraraq ondan zirvəyə qatılmamağı tələb edib. Eyni zamanda şahzadənin Fələstin prezidenti Mahmud Abbasa da, Misir prezidenti Abdullahtah əl-Sisi vasitəsilə İstanbula getməməsi tələbini çatdırdığı kütləvi informasiya vasitələrinə sızdırılmışdı. Lakin Abdullah və Abbas İstanbulda keçirilən zirvə görüşündə iştirak etdi və Qüds bəyannaməsini dəstəklədi.
Bundan əvvəl də Səudiyyə Ərəbistanı şahzadəsinin Abbası Riyadda çağırdığı “Ya ABŞ prezidenti Donald Trampın sülh planını qəbul edəcəksən, ya da deviriləcəksən” deyə təhdid etdiyini iddia edilirdi.
İordaniya iqtisadiyyatında önəmli paya malik olan Masrinin həbs səbəbinin açıqlanmaması Səudiyyə Ərəbistanının İordaniyaya yeni üsulla dərs verdiyi və intiqam alması üçün bu addımı atdığı bildirilir. Onun həbsi İordaniyada “Səudiyyənin qisas əməliyyatı” kimi xarakterizə edilir.
Qeyd edək ki, bir müddət əvvəl də iddia edilirdi ki, Livanın baş naziri Saad Hariri Riyada çağırılaraq zorla istefa verməyə məcbur edilib. Həmin vaxt beynəlxalq reaksiyalar və Fransa prezidentinin ortaya girməsindən sonra Riyadda ev həbsindən xilas olan Hariri Livana qayıtdıb və istefasını geri götürmüşdü.