Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ukraynalılara Poroşenkonun impiçmenti ilə bağlı mitinqdə iştirak çağırışı edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün Facebook səhifəsində status yerləşdirib. Saakaşvili müraciətində bildirib ki, bu mitinqin keçirilməsi hakimiyyəti diktaturaya aparan son addımı atmaqdan çəkindirmək üçün vacibdir. Onun sözlərinə görə, bu, ölkəni fəlakətdən qurtarmaq üçün önəmlidir.
Eks prezident onu da bəyan edib ki, Ukraynada diktaturanın önünü kəsmək üçün həyatından belə keçməyə hazırdır.