Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz evində ölü tapılıb.
“Trend”-in məlumatına görə, Y.Yılmazın bədənində odlu silahdan açılmış güllə yaraları olub. Onun intihar etdiyi ehtimal olunur. Hazırda polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, 38 yaşında olan Y.Yılmaz tək yaşayırdı.