Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la əməkdaşlıq edə biləcəyi istiqaməti açıqlayıb. APA-nın məlumatına görə, o, Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Əfqanıstan ərazisindən gələn təhlükələrin qarşının alınmasında ABŞ-la əməkdaşlıq edə bilər.
Onun sözlərinə görə, bura narkotik qaçaqmalçılığı və beynəlxalq terrorizm daxildir.