ABŞ-ın vitse-prezidenti Maykl Pens İsrail hökumətinin qanunverici orqanı olan Knessetdə planlaşdırılan çıxışını təxirə salıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb. “Walla News” qəzetinə istinadən verilən xəbərdə deyilir ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarının ardından ABŞ prezidentinin yardımcısı Maykl Pensin Fələstin lideri Mahmud Abbasla görüşməyi rədd etdiyi İsrail səfəri ilə əlaqədar maraqlı nüans ortaya çıxıb. Belə ki, İsrail Parlamentinin (Knesset) sözçüsü Pensin bazar ertəsi günü edəcəyi çıxışın müddətsiz olaraq təxirə salındığını açıqlayıb. ABŞ tərəfindən təxirəsalınmaya heç bir izah verilməyib. Qəzetə danışan mənbə səfərin çərşənbə günü təxirə salındığını deyib.