ABŞ Suriya prezidenti Bəşər Əsədin 2021-ci ildəki seçkilərə qədər hakimiyyətdə qalmasını qəbul etməyə hazırdır. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr edən “New Yorker” jurnalı yazıb.
Müəllifin iddiasına görə, Prezident Donald Tramp rəhbərliyi Əsədin 2021-ci ildə keçirilməsi planlaşdırılan növbəti prezident seçkilərinə qədər vəzifədə qalmasını qəbul etməyə hazırdır.
Müəllifə görə, ABŞ-ın qərarı, Vaşinqtonun bölgədə alternativ planının olmadığını, buradakı hərbi reallıq, Suriyanın Rusiya, İran və Hizbullah kimi müttəfiqlərinin Əsədə verdiyi güclü dəstəyin başarışıqlı olduğunu bir daha təsdiq edir.
Qeyd edilir ki, son bir neçə ayda Suriyada müşahidə edilən proseslər Tramp rəhbərliyinin ailəsi Suriyanı təxminən yarım əsrdir idarə edən Əsədin daha dörd il vəzifədə qalmasını qəbul etməyə məcbur edib.
Əsədin qismən müttəfiqlərinin, qismən də öz imkanları ilə qazandığını, ABŞ-ın dəstəklədiyi müxaliflərin isə uduzduğunu yazan müəllif, müxalif qrupların parçalanaraq bir-birinə qarşı silah çevirdiyinə diqqət çəkərək, aralarından Əsədə rəqib ola biləcək güclü bir lider çıxara bilmədiklərini vurğulayıb. Bu səbəbdən də müxaliflərin Əsədi vəzifədən uzaqlaşdırması artıq real görünmür.
“Sülh danışıqlarında dominantlığı ələ keçirən Rusiya, Türkiyə və İran tərəfindən yaradılmış güclü üçlük, ABŞ-ı proseslərdən kənarda qoydu. ABŞ-ın dəstəklədiyi Cenevrə danışıqlarında heç bir nəticə əld edilmədi, yanvar ayında Astanada başlayan danışıqlar isə Cenevrə prosesini tam ortadan qaldırdı...
Mövcud siyasi və hərbi reallıqları nəzərə alan ABŞ rəsmiləri Suriyada iqtidar dəyişikliyinin ABŞ tərəfindən təşkil edilə biləcək seçkilərdən asılı olduğu qənaətinə gəlib...
Tramp administrasiyası Suriyada Əsədin vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan siyasi bir prosesi reallaşdırmağa çalışır. Lakin administrasiya bunun növbəti seçkilərin keçiriləcəyi 2021-ci ildə reallaşa biləcəyini düşünür. 2020-ci ildə isə ABŞ-da prezident seçkilərinin nəticəsinə görə, Tramp postunu tərk etdiyi vaxt Əsəd hələdə iqtidarda ola bilər. ABŞ Əsədin 2021 seçkilərində də qələbə qazanacağından və hakimiyyətdə qalacağından narahatdır” - jurnal yazır.