İsrailin baş naziri Benyamin Netanyahu Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunker və Aİ xarici işlər nazirlərilə görüş keçirmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edib. Netanyahu Qüds məsələsinə Aİ-dən gözlədiyi dəstək və davranışı görə bilmədikdə Yunkerlə görüşünü ləğv edərək Brüsseldən ayrılıb.
İsraildən Aİ-yə 22 ildən sonra ilk dəfə baş nazir səviyyəsində səfər reallaşmasına baxmayaraq protokol qaydaları pozularaq Netanyahunun Aİ-nin xarici işlər naziri səviyəsindəki xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini tərəfindən qarşılanması diqqət çəkib.
Mogherini və Aİ üzvü ölkələrin xarici işlər nazirlərilə işgüzar qəlyanaltıda iştirakından əvvəl açıqlamalar verən Netanyahu bütün Avropa ölkələrinin ABŞ prezidenti Trampın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına əməl edərək səfirliklərini Qüdsə köçürəcəyini və Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağını düşündüyünü dilə gətirmişdi. Ancaq Netanyahunun xarici işlər nazirlərilə görüşündən sonra mətbuat konfransı keçirən Mogherini “Aİ bu istiqamətdə addım atmayacaqdır” ifadəsini dilə gətirib.
Mogherini 28 Aİ üzvünün xarici işlər nazirinin baş nazir Netanyahuya açıq ismarıc verdiyini bildərərək deyib ki, xarici işlər nazirləri Netanyahuya Aİ-də Qüdsün iki dövlətin də paytaxtı olmasını təmin edəcək, iki dövlətli həll mövzusunda tamamilə həmrəy olduğunu xüsusilə göstərmiş oldu.
Yığıncaq zamanı Aİ xarici işlər nazirləri ABŞ-ın Qüdsü paytaxt elan edən qərarına sərt reaksiya göstərərək, səfirliklərin Qüdsə köçürülməyəcəyini təsdiqləyiblər.
Nazirlərdən gözlədiyi dəstəyi görə bilməyən Netanyahu Yunkerlə görüşünü ləğv edərək Brüsseldən ayrılıb.
Görüşün ləğv edilmə səbəbi ilə əlaqəli rəsmi açıqlama yayılmayıb, ancaq Aİ rəsmiləri İsrail heyətinin hava şəraitini amil kimi göstərdiyini bildirir.
Aİ mənbələri xarici işlər nazirləri yığıncağındakı tənqidlər və qarşılaşdığı soyuq rəftarlara görə Netanyahunun Yunkerlə görüş keçirmədən ölkədən ayrılmağa qərar verdiyini iddia edir.