Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb. APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib.
“Mixeili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”, deyə D. Sakvarelidze özünün “Feysbuk” səhifəsində yazıb.
“Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar faktı təsdiqləyib.
Ukrayna baş prokuroru Yuri Lutsenko isə bəyan edib ki, Kiyevdə saxlanılan Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib.