ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail paytaxtı olaraq tanınması və bu ölkə səfirliyinin həmin şəhərə köçürülməsilə bağlı qərarının açıqlanmasının ardından fələstinlilər xristianların Qüdsdən sonra ikinci müqəddəs şəhəri sayılan Vifleyemdə mərkəzi meydanda onun fotosuna od vurub.
Baki-xeber.com-un xəbərinə görə, onlar ABŞ prezidentinin bir neçə şəklini yandırıblar. Olayla bağlı xəbəri yerli “Əl-Mayədin” telekanalı yayıb.
Xəbərdə həmçinin bildirilir ki, ABŞ səfirliyi amerikan vətəndaşlarını kütləvi etirazların baş qaldıra biləcəyi İordan çayının qərb sahili və Qüdsə səfərlərdən çəkinməyə çağırıb.