Misir istiqamətindən İsrailin cənubundakı sərhəd rayonlarına iki raket atılıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə İsrail ordusu məlumat yayıb. Hələlik raket zərbələri nəticəsində səhralıq rayona hər hansı ziyanın dəyib-dəymədiyi açıqlanmır. Yalnız o bildirilir ki, Sinay yarımadasından Eşkol regional şurası istiqamətində atılan raketin ardınca çox keçmədən ikinci raket də atılıb.
Xatırladaq ki, İsrailin Misirlə sərhəd rayonlarında İŞİD-in bir qolu olan “Vilayət Sinay” qruplaşması vəziyyətə hakimdir.
Onu da bildirək ki, bu, ilin əvvəlindən İsrailə Misirdən atılan üçüncü raket zərbəsidir. Bundan əvvəl analoji olay oktyabrın 15-də baş verib.