ABŞ və Koreya Respublikası iki ölkənin hərbi ittifaqı tarixində ilk dəfə Hərbi Hava Qüvvələrinin "Vigilant Ace 18" adlı genişmiqyaslı təlimlərinə başlayıb.
“Trend”-in məlumatına görə, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi xəbər yayıb. Məıumata görə, təlimlərə hər iki ölkədən ümumilikdə 230-dan çox təyyarə cəlb olunub. Eləcə də "F-22 Raptor" qırıcılarının təlimlərə qatılması bildirilir.
Qeyd edək ki, təlimlər Koreya yarımadası üzərində həyat keçirilir və bu Şimali Koreyanın noyabrın 29-da "Xvason-15" ballistik raketini buraxmasından sonra yarımadada gərginləşmiş fonda baş verir.