Türkiyə ABŞ-da həbsdə olan Rza Zərrab məsələsini beynəlxalq platformaya çıxarmaq niyyətindədir.
Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara, Türkiyə vətəndaşlarını ABŞ mühakimə edə bilməz səbəbilə Birləşmiş Millətlər Təşkilatına müraciət edəcək.
Qeyd edilir ki, ABŞ-ın mühakimə əsası kimi göstərdiyi İrana embarqo, BMT tərəfindən tanınan bir embarqo deyil. Türkiyə də məhz bu istiqamətdə planlar quraraq BMT-də haqqını tələb etmək üçün mübarizəyə başlayacaq.