Misir prezidentliyinə iddialı Əhməd Şəfiq Birləşmiş Ərəb Əmirliklərində həbs edilib. Baki-xeber.com xəbər verir ki, Ə.Şəfiqin vəkili onun evində ikən həbs olunduğunu və Misirə deportasiya olunacağını bildirib.
O deyib ki, Şəfiq ilə bütün əlaqələri kəsilib. BƏƏ rəsmiləri məsələ ilə bağlı şərh verməyib.
Sabiq nazir və hava qüvvələri komandiri olan Şəfiq ötən həftə 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürmək planını elan etmişdi. O, 2012-ci ildə Misirdə keçirilən ilk azad seçkidə iştirak edib və islamçı Məhəmməd Morsiyə məğlub olub. Daha sonra o, ölkəni tərk edib.
İnsan haqları müdafiəçisi Xalid Əli də 2018-ci ildə namizədliyini irəli sürəcəyini açıqlayıb, amma dövlət orqanları tərəfindən təqib olunduğunu bildirib.
Prezident Əbdel-Fəttah Əl-Sissi hələ ki, namizədliyi rəsmi olaraq elan etməyib.