Fətullah Gülənin tərəfdarları nəinki ABŞ Konqresinə, eyni zamanda bu ölkənin məhkəmə-hüquq sisteminə və diplomatik missiyalarına sızmağı bacarıb.
Baki-xeber.com-un xəbərinə görə, bu açıqlama Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlundan gəlib. Nazir qeyd edib ki, Türkiyə tərəfi bu barədə qarşı tərəfi açıq şəkildə xəbərdar edir. Çavuşoğlu onu da bildirib ki, Türkiyə dövləti, ölkə daxilində olduğu kimi, beynəlxalq miqyasda da “bu satqınları” sonuna qədər təqib edəcək və onların, harada olmalarından asılı olmayaraq, cəzasız qalmasına əsla yol verməyəcək.
Xatırladaq ki, ötən ilin 15 iyul tarixində Türkiyədə qiyamçılar hərbi çevrilişə cəhd edib, lakin bu cəhd uğursuz olub. O zamandan bəri ölkədə bütün sferalarda başlayan həbs dalğaları bugünə kimi davam edir.