Daha öncə Rusiya prezidenti olmuş hazırkı baş nazir Dmitriy Medvedyev növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib. Trend-in məlumatına görə, Rusiyada növbəti prezident seçkiləri gələn ilin mart ayında keçiriləcək.
D.Medvedyev deyib: "Şəxsən mənə gəlincə, cari siyasi mövsümdə özümü həmin postda görmürəm. Lakin təbii ki, işimi davam etdirəcəm".
Rusiyanın baş naziri Dmitriy Medvedyev ölkə əhalsinin gəlirlərinin azalmasını "müasir iqtisadiyyatın problemlərindən biri" adlandırıb. D.Medvedyev deyib: "Təbii ki, yoxsulluq iqtisadiyyatın inkişafdan geri qalmasının o biri üzüdür. Ona görə, mümkün deyil ki, iqtisadiyyat zəif olsun, yoxullar heç olmasın".
Baş nazir qeyd edib ki, bununla belə hazırda ölkədə yoxsulluq 10-15 illə müqayisədə azalıb.