Bağdad türməsində Rusiyadan olan 25 qadın və 79 azyaşlı saxlanır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Instagram səhifəsində yazıb. Eyni zamanda bildirib ki, onlarla yanaşı burada Mösuldakı düşərgələrdən gətirilən yaralı və əlil insanlar da yerləşdirilib. Kadırovun sözlərinə görə, onlar arasında Çeçenistandan bir ailə də var. Çeçenistan prezidenti hazırda onların vətənə qaytarılması üçün Bağdadla əlaqələr qurulduğunu bildirib və bu məqsəd üçün bütün imkanlardan istifadə olunacağını yazıb.
“Novaya qazeta” bunun Ramzan Kadırovun Rusiya vətəndaşlarının ölkəyə qaytarılması yönündə ilk işi olmadığını yazır. Bildirilir ki, noyabrın ortalarında Qroznıya 40 belə şəxs gətirilib ki, onlar arasında Qazaxıstan, Özbəkistan, Çeçenistan, İnquşetiya, Dağıstan və Başqırdıstan vətəndaşları olub.