Türkiyədə 2016-cı ilin 15 iyul hadisələrinin ardından başlayan həbs dalğaları davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu günlərdə Türkiyə hökuməti daha 360 nəfərin çevriliş cəhdində şübhəli olduğunu təsbit edib və həbsinə order verib ki, onlardan 343 nəfəri hərbçidir. Xəbərə görə, şübhəlilərin həbsi hazırda İstanbulda davam edir.
Xatırladaq ki, ötən il iyulun 15-də əsgər və zabitlərdən ibarət bir qrup Türkiyədə dövlət çevrilişinə cəhd etdi, lakin bu cəhd uğursuz oldu. Türkiyə hökuməti baş verənlərin arxasında ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin durduğuna əmindir.