Səudiyyə Ərəbistanının Sura Məclis başqan yardımçısı Muhammed bin Emin Əl-Cəfəri İranı “hər il terroristləri və terroru dəstəkləmək üçün 30 milyard dollar xərləməkdə” ittiham edib.
Baki-xeber.com-un xəbərinə görə, Romada NATO Parlament Assambleyasının Ağ deniz və Orta Şərq Özel qrupu (GSM) ilə Transatlantik Müdafiə və Təhlükəsizlik üzrə əməkdaşlıq Alt Komitəsinin birgə toplantısında iştirak üçün İtalyaya gedən Əl-Cəfəri İranın regionda bəzi ölkələrdə xaosu artırmaq istiqamətində bütün mümkün variantlardan istifadə etdiyini bildirib.
Səudiyyə Ərəbistanında ingiliscə yayımlanan “Arabnews” qəzeti yazır ki, Əl-Cəfəri İranın, həmçinin, “Ərəb ölkələrinin daxili işlərinə qarışdığını, silahlı qrupları və terroru dəstəkləməsinin uzun tarixi olduğunu” deyib. Əl-Cəfəri, eyni zamanda, ölkəsinin heç bir zaman İran xalqına qarşı düşmən mövqedə olmadığını, lakin İranın Yəməndəki Hutiləri dəstəklədiyini, onlara ballistik raketlər verdiyini bildirib, bu ballistik raketlərdən birinin ötən ay Riyada atıldığına diqqət çəkib.
Əl-Cəfəri İŞİD-ə qarşı mübarizənin uğurlarına sevinən ölkələri artıq İranın beynəlxalq təhdid halına gəlməsinə biganə qalmamağa da çağırıb.