Gürcüstanın paytaxtı Tiflis şəhərində 60 ölkədən nümayəndələrin iştirak etdiyi “İpək yolu” forumu öz işinə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, təntənəli mərasimi Baş nazir Georgi Kvirikaşvili açıb. Bildirib ki, Gürcüstan Avropa və Asiyanın iqtisadiyyatını və mədəniyyətini qovuşduran coğrafi kəsişmədə yerləşir və bu onun tarixi əhəmiyyətini artırır.
Qeyd edək ki, “İpək yolu” forumu Tiflisdə 2015-ci ildən sonra ikinci dəfədir keçirilir. Forumun ilk günündə bir neçə sektor üzrə diskussiya panelləri keçiriləcək, ikinci günündə isə Gürcüstanın investisiya potensialının müzakirəsi planlaşdırılır.