Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb. Trend-in məlumatına görə, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Gecə saatlarında baş verən daş hücumu zamanı binanın şüşələri sındırılıb, mərkəzin əmlakına ziyan dəyib.
Hazırda polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mərkəzin əməkdaşları əvvəllər dəfələrlə təhdidlər aldıqlarını bildiriblər.