İŞİD terror təşkilatı özünə bağlı terrorçulara İngiltərə, Almaniya və Fransada Yeni il ərəfəsində terror hücumları təşkil etmələrilə bağlı çağırış edib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, BlackOps Cyber tərəfindən ələ keçirildiyi deyilən fotolarda İŞİD-in Yeni il ərəfəsində sözügedən ölkələrdə terror aktları törədəcəyilə bağlı xəbərdarlıqlar yer alır. Xəbərə görə, posterlərin birində Parisdəki Eyfel qülləsinin qarşısınfa əli bıçaqlı terrorçu təsvir olunub, altında isə “Yaxında bayram tətilinizdə” sözləri yazılıb. Digər posterdə isə İngiltərənin paytaxtı Londonun ən qələbəlik küçələrindən olan Regent Street-də Santa Klausun əli silahlı terrorçunun önündə diz çökdüyü təsvir olunur.
Hələlik adıçəkilən ölkələr bu təhdidlərə hər hansı açıqlama verməyib.