Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27-i noyabrda birgünlük matəm elan edib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, həmin gün ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Türkiyə bayraqları yarıya qədər endiriləcək.
Xatırladaq ki, noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Faciənin ardından ölkədə üç günlük matəm elan edilib.