Hərbi müdaxilədən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qalan Zimbabve prezidenti Robert Mugabe haqqında maraqlı bir iddia ortaya atılıb. Baki-xeber.com xəbər verir ki, 37 il Zimbabveni idarə edən 93 yaşlı Mugabenin hərbi müdaxilədən sonra vəzifəsindən ayrılan zaman ağladığı iddia edilir.
Məlumatına görə, Mugabe ağlayarkən əsgərlərin ona xəyanət etdiyini deyib.
Zimbabvedə 37 illik hakimiyyətinə son qoyulan Mugabenin yerinə bir neçə həftə əvvəl vəzifədən uzaqlaşdırdığı 75 yaşlı köməkçisi Emmerson Mnanqaqva gətirilib.
Mnanqaqva 1980-ci ildə müstəqillik əldə edən Zimbabvenin ikinci lideridir.
Bundan başqa Muqabeyə 10 milyon dollardan artqı təzminat və ömrünün sonunadək maaş alacaq. Ailəyə siyasi toxunulmazlıq veriləcək. Anlaşmaya görə, 93 yaşlı lider və həyat yoldaşı ömrünün sonunadək 150 min və 75 min dollar maaş alacaqlar
Zimbabvedə hadisələr Mugabenin köməkçisi Mnanqaqvanı vəzifəsindən çıxarıb, yerinə 52 yaşlı həyat yoldaşı Grace Muqabeni təyin etməsindən sonra başlayıb.