İranın ali dini lideri Yaxın Şərqin yeni Hitleridir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri İranın dini lideri Əli Xamneyi barəsində Səudiyyə Ərəbistanının taclı şahzadəsi Məhəmməd bin Salman Əl-Saud “New York Times”-a müsahibəsində deyib. Eyni zamanda bildirib ki, Avropa təcrübəsi yatışdırma metodunun işləmədiyini göstərdi. “Biz istəmirik ki, Avropa və Yaxın Şərqdə baş verənləri yeni Hitler İranda təkrarlasın”- deyə əl-Səud müsahibəsində bildirib.