Ukrayna prezidenti Pyotr Poroşenko insanların kütləvi qətliamına səbəb olan “qolodomor”un inkarının qanunvericilik səviyyəsində məsuliyyət yaratması ilə bağlı təkliflə çıxış edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, kütləvi aclıq qurbanlarının anım mərasimində çıxışında bildirib. O deyib ki, “qolodomor”un inkarı Holokostun inkarı qədər amoraldır. Ukrayna prezidenti deyib ki, artıq ölkədə bu amansız aktın inkarı ilə bağlı məsuliyyəti nəzərdə qanunun qəbulunun zamanı çatıb.
Xatırladaq ki, 1932-1933-cü illərdə Ukrayna, Belarus, Volqaboyu, Şimali Qafqaz, Cənubi Ural,Qərbi Sibir və Şimali Qazaxıstanda məhsuldarlığın kəskin düşməsi kütləvi aclığa səbəb olub, nəticədə 2-8 milyon arası insan həyatını itirib. Sonradan bu baş verənlər məqsədli qırğın aktı kimi dəyərləndirilib.