İŞİD bayrağını daşıyan bir qrup şəxs Misirin Bir-əl-Abed yaşayış məntəqəsində ”Əl-Rəvda” məscidinə silahlı hücum edib.
Baki-xeber.com-un xəbərinə görə, hücum nəticəsində ölənlərin sayı 300-ü keçib. Keçirilən xüsusi əməliyyatla 30 terrorçu yerində məhv edilib. İki cipdə hadisə yerindən qaçmağa çalışan daha 15 terrorçu isə dronlardan açılan atəşlə zərərsizləşdirilib.
Xatırladaq ki, noyabrın 24-də 25-30 nəfərlik terrorçu dəstəsi Misirin Bir-əl-Abed yaşayış məntəqəsində ”Əl-Rəvda” məscidinə hücum edərək partlayış törədib, qaçmağa çalışan dinc insanlara isə sürəkli atəş açıb. Misir prezidenti Əbdül Fəttah əl-Sisi baş verən olayı ölkəsinin ən yeni tarixində misli görünməmiş terror aktı adlandırıb.
Misirdə 3 günlik matəm elan olunub.