Batumidəki beşulduzlu “Leoqrand” otelində yanğın baş verib.
Baki-xeber.com-un xəbərinə görə,nəticədə 11 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir. Xəbərə görə, ölənlər arasında bir İran vətəndaşı da var.
Faciəli olayla bağlı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ölənlərin doğmalarına və yaxınlarına başsağlığı verib, hadisənin günahkarlarının tapılaraq cəzalandırılacağına əmin edib.