Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub. Hadisə Bir al-Abd şəhərində cümə namazı zamanı törədilib.
Partlayış nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb. APA-nın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 120 nəfərin yaralandığı deyilir.
Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib. Partlayışla əlaqədar Misirdə üçgünlük matəm elan olunub.
Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.