Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə küçirilən sammit PKK-da ciddi panikaya səbəb olub.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, buna səbəb Afrin əməliyyatının da danışıqlar masasında olması olub. Üstəlik, terror qrupu Soçi görüşündə Afrin əməliyyatı ilə düyməyə basıldığı barədə də xəbər alıb. Bundan ciddi təlaşa düşən terror qruplaşmasının başçılarından olan Sabri Ok yardımla bağlı ABŞ-a çağırış edib. Bildirib ki, Rusiya onların köməyinə gəlmək fikrində deyil, lakin Vaşinqton bunu edə bilər. “Amerika izn verməsə, Türkiyə Afrin əməliyyatını həyata keçirməz"- deyə o, müraciətində qeyd edib.
Haber 7 isə xəbər verir ki, terrorçular artıq bölgədə xəndəklər qazmağa başlayıb.