Qırğızıstan prezidenti Almazbek Atambayevin fəaliyyətinin 6 illiyinə həsr olunmuş mətbuat konfransında maraqlı anlar yaşanıb.
Baki-xeber.com-un life.ru saytına istinadən xəbərinə görə, yerli “De-fakto” qəzetinin müxbiri Amantur Musaqulov mikrofona yaxınlaşaraq, dövlət başçısına sual vermək əvəzinə yuxusunu danışıb. Deyib ki, yuxusunda prezidentin ona öz saatını hədiyyə etdiyini görüb. Jurnalistin bu sözlərinə zarafatla cavab verən Atambayev isə gülə-gülə deyib ki, yaxşı ki, bu hədiyyə onun şalvarı olmayıb və qolundakı saatı açaraq jurnalistə təqdim edib.
Prezidentin bu hərəkəti alqışlarla qarşılanıb, zarafatı isə gülüşməyə səbəb olub.