İsrailin Müdafiə naziri Aviqdor Liberman ərəb ölkələrinə müraciət edərək, İrana qarşı mübarizə aparmaq məqsədilə Yaxın Şərq koalisiyası qurmağı təklif edib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, müraciətində o, ərəb ölkələrinə Ənvər Sadatdan nümunə götürməyi, Qüdsə üz çevirərək təkcə İsraillə ərəb dünyası arasında deyil, həm də regionlararası münasibətdə də yeni səhifə açmağa çağırıb. Xəbərə görə, bu çağırışını o, özünün facebook hesabında yerləşdirib.
Müraciətdə daha sonra bildirilir ki, bu gün İrana münasibətdə mülayim siyasət aparan ölkələrin İslam ölkəsinə qarşı bir koalisiyada birləşməsi hər zaman olduğundan daha aktualdır.
Liberman deyib ki, İsrail İŞİD-in məhv edilməsinin ardından İranın məhvini istəyir.