Yaxın və Orta Şərq ölkələrini illərdir qorxu altında saxlayan İŞİD terror təşkilatı növbəti hədəfinin Roma Papası olduğunu açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə terrorçu qruplaşmanın rəsmi səhifəsi xəbər yayıb. Xəbərlə bərabər İnternet portalında Papa Frensisk İŞİD-in ənənəvi edam paltarı olan narıncı geyimdə başı kəsilmiş halda təsvir olunub. Şəklin altında isə Papa Frensiskin Yeni il ərəfəsində Vatikanda qətlə yetiriləcəyilə bağlı terrorçuların andı yer alıb.
Xəbərlə bağlı Vatikanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, hətta xütbə günləri Sen Piyer Meydanında quş uçurulmadığı bildirilir.