Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər: "Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır".
Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran dövlət başçıları danışıqlar aparacaq.
Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb.