Zimbübvedə hərbi çevriliş baş verib.
Baki-xeber.com-un xəbərinə görə, hərbçilər prezident Muqabenin ətrafındakı “cinayətkarları durdurmaq” üçün bu addımı atdıqlarını bəyan ediblər. “Reuters” xəbər verir ki, hərbçilərin bəyanatı milli televiziya kanalında səsləndirilib.
Xəbərə görə, hərbçilər paytaxt Hararedə əsas dövlət binalarına, parlament və məhkəmələrə girişi bağlayıb, eyni zamanda maliyyə naziri İqnasius Çombonu nəzarətə götürüb. Qiyama rəhbərlik edən general Moyo deyib ki, məqsəd ölkədə sosial və iqtisadi problemlər yaradan şəxslər üzərində ədalət mühakiməsinin qurulmasına nail olmaqdır. Xəbərdə bildirilir ki, prezident və xanımı ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, hərbçilərlə ölkə rəhbərliyi arasında konfliktə vitse-prezident Emmerson Mnanqaqvanın istefası səbəb olub. Noyabrın 13-də isə ordu generalı Çivenqa Muqabenin yerinə vitse-prezidentin deyil, onun xanımı Qreys Muqabenin namizəd göstərilməsinə etiraz edib, buna yol verməyəcəklərini bildirib.
Onu da bildirək ki, 93 yaşlı Muqabe 37 ildir ölkəyə rəhbərlik edir.