İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. 70 min iranlı evsiz qalıb.
Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.
Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.
İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.