Ötən gecə Səudiyyə Ərəbistanı İran dəstəkli husilərin nəzarətində olan Səna şəhərinə havadan zərbələr endirib.
Baki-xeber.com-un xəbərinə görə, hava zərbələrilə Müdafiə nazirliyinin binası hədəfə alınsa da, ətrafdakı yaşayış binalarının da dağıldığı bildirilir. “Reuters”-in səhər açılarkən şəhərdən çəkdiyi fotolar dağıntıların böyük olduğundan xəbər verir.
Xəbərdə daha sonra xatırladılır ki, ötən həftə bazar günü Yəmən Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada ballistik raket atıb, lakin şəhərin beynəlxalq hava limanını hədəfə almış raket raketdən müdafiə sistemləri sayəsində tutularaq təhlükəsiz hala gətirilmişdi. Maraqlıdır ki, bunun dərhal ardından Səudiyyə Ərəbistanında korrupsiya həbsləri başladı. Həmin dalğada 11 şahzadə və 4 nazir də onlarla həbs cəzası alanların sırasında gözaltına alındı.