YUNESKO-nun Baş direktoru postuna Fransanın sabiq mədəniyyət və kütləvi kommunikasiyalar naziri Odri Azule seçilib.
Baki-xeber.com-un xəbərinə görə, xanım Azule 58 mümkün səsdən 30 səs topladıqdan sonra həmin posta təsdiq olunub ki, bundan ötrü ona elə minimum 30 səs lazım idi.
TASS xəbər verir ki, 2000-2003-cü illərdə Odri Azule Fransa Mədəniyyət nazirliyinin KİV-in inkişafı üzrə idarəsində audiovizual sektora rəhbərlik edib. 2006-cı ildən milli kinematoqrafiya və animasiya mərkəzində işləyən Azule ötən ildən nazir kimi çalışır.