İrəvanda tələbələrin etiraz aksiyası davam edir. Trend-in məlumatına görə, gənclər orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər.
Etirazlar artıq 4 gündür davam edir.
Yerevan Dövlət Universitetinin qarşısına toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.
Ermənistan parlamentinin komissiyası müvafiq qanunu bu gün müzakirə edəcək.
Hazırda tələbələrin universitetin bütün korpusları boyunca yürüş keçirdiyi bildirilir.
Bu arada, işğalçı Ermənistan ordusunun zabiti xüsusi amansızlıqla döyülüb. Hadisə Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində qeydə alınıb.
Ermənistan ordusunun alayının zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.