ABŞ prezidenti Donald Tramp ABŞ-ın 1979-cu ildən İran İslam Respublikasına tətbiq etdiyi sanksiyaların müddətinin daha bir il uzadılması ilə bağlı birtərəfli qaydada qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir. Qeyd olunur ki, ABŞ-İran münasibətləri hələ də “”normallaşmadığından”, amerikan lideri “İrana qarşı fövqəladə rejimin” icra müddətini uzatmaq qərarına gəlib.
Xatırladaq ki, 1979-cu il noyabrın 4-də özlərini “Xomeyni tələbələri” adlandıran islamçı tələbələr “casus yuvası” adlandırdıqları ABŞ-ın İrandakı səfirliyinə hücum edərək 90-a yaxın şəxsi girov götürmüş, bunun nəticəsi olaraq iki ölkə arasında münasibətlər bərpaolunmaz şəkildə pozulmuşdu ki, bu hal bu gün də yaşanır.