BMT-nin Təhlükəsizlik Şurası Myanma hökumətini “Rakhayn ştatında 600 mindən çox müsəlman-rohincanın ölkədən qaçqın düşməsinə səbəb olan hərbi gücdən istifadəyə son qoymağa” çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, TŞ Rakhayn ştatında, xüsusilə rohinca etniklərinə münasibətdə insan haqlarının kütləvi pozulmasından ciddi narahatlıq duyduğunu bəyan edib.
Şura Myanma hökumətini bölgədə hərbi gücdən istifadəyə son qoymağa, insan haqlarına riayət olunması yönündə qanunların tələblərinin yerinə yetirilməsinə çağırıb. Eyni zamanda bölgəyə humanitar yüklərin çatdırılması və KİV-ə əlçatanlığın təmin olunması istiqamətində Myanma hökuməti qarşısında tələb qoyub.