ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir. Trend-in məlumatına görə, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putinin Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) sammitində görüşünü istisna etməyib.
ABŞ prezidenti Donald Tramp da Rusiya prezidenti Vladimir Putinlə Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində görüşmək ehtimalını istisna etməyib.
ABŞ lideri deyib: "Bu çox vacib səfərdir. Orada Putinlə görüşə bilərik...bu çox mühümdür. Onlar bizə Şimali Koreya və Suriya məsələsində kömək edə bilərlər. Ukrayna barədə də danışmalıyıq".
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti Vyetnamın Dananqe şəhərində 6-11 noyab tarixlərində keçiriləcək.