ABŞ İŞİD-in ölkəyə qayıtmasına və ya daxil olmasına imkan verməməlidir. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Dobnald Tramp Nyu-Yorkda baş verən terror aktından sonra öz "Twitter" hesabında yazıb.
O, bildirib: "Biz İŞİD-i Yaxın Şərqdə və hər yerdə məğlub etdikdən sonra onları ölkəmizə qayıtmağa və daxil olmağa imkan verməməliyik. Kifayətdir!"
Qeyd edək ki, bu gün Nyu-Yorkun mərkəzində yük maşını velosiped yoluna çıxaraq insanların üzərinə sürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib.