Moskva Vaşinqtonun Serbiya qarşısında “ya Avropa Şurası, ya da Rusiya” şərtini qoymasını bu ölkənin daxili işlərinə qarışmaq cəhdi sayır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya XİN rəhbəri “Hazırkı mərhələdə Rusiya ilə AŞ arasında münasibətlər” mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Serbiyada çıxış edən dövlət katibinin köməkçisi Yi deyib ki, Belqrad seçim etməlidir – ya Rusiya, ya da Avropa Şurası və ABŞ birmənalı şəkildə Avropanın xeyrinə olacaq seçimi dəstəkləyir. “Bu, bir ölkənin daxili işlərinə qarışmaq deyilmi”- deyən Lavrov sözügedən situasiyanı 2004-cü ildə Ukraynanın durumu ilə müqayisə edib və ABŞ-ın Serbiyada da “maydan” hazırladığını bildirib.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibinin köməkçisi Brayan Hoyt Yi Belqrada səfəri zamanı da bu məsələyə toxunaraq Belqradın bu iki yol arasında dəqiq seçim etməli olduğunu bildirmişdi. Qeyd etmişdi ki, “eyni zamanda iki stulda oturmaq olmaz”.